Vaqif Əsədov: “Bakıda avtomobillərin sıxlığı müşahidə edilmir”

Vaqif Əsədov: “Bakıda avtomobillərin sıxlığı müşahidə edilmir”
# 30 dekabr 2015 14:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. "Hazırda Bakı şəhərinin küçə və yollarında avtomobillərin hərəkətində sıxlıq müşahidə edilmir".

Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.

O, bildirib ki, sürücülər yol qəzalarının baş verməməsi üçün diqqətli olmalıdırlar: “Bir daha sürücülərə müraciət edərək bildirirəm ki, ara məsafəsinə, sürət həddinə, dayanma-durma tələblərinə diqqət etsinlər. Günün qaranlıq vaxtlarında avtomobil idarə etməsinlər”.

V. Əsədov hazırda Bakı - Sumqayıt yolunda avtomobillərin hərəkət istiqamətində sıxlıq müşahidə edildiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR