Beynəlxalq “Gənclik-İstanbul” Film müsabiqəsinin qalibləri mükafatlandırılıb

Beynəlxalq “Gənclik-İstanbul” Film müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 30 noyabr 2015 06:45 (UTC +04:00)

Bakı-APA. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə İstanbulun Camal Rəşid Rəy konsert salonunda “Qlobal Problemlərin Həllində Gəncliyin Kreativliyi” mövzusunda keçirilən “Gənclik-İstanbul” adlı Beynəlxalq film müsabiqəsində qalib gələn filmlərin təqdimatı və yaradıcı heyətlərinin təntənəli mükafatlandırma mərasimi keçirilib.

İKGF-dan APA-ya bildirilib ki, İKGF və Boğaziçi Beynəlxalq Film Dərnəyinin nümayəndələrindən ibarət münsiflər heyəti finala qədər yüksəlmiş 10 ölkəni təmsil edən 12 filmdən 4 filmi qalib seçib.

Həmin filmlər aşağıdakılardır:
1-ci yer Ahmet Bikic “Ana” (Türkiyə)
2-ci yer Güzel Osmanova “Özünə inan” (Tatarıstan, RF)
3-cü yer Damiel Hernandez “Niyə?” (İspaniya)
Xüsusi mükafat Soheil Sadeghi “Gözəl şəhər” (İran)

Xatırladaq ki, İƏT Gənclər Forumu tərəfindən İstanbul şəhərinin 2015-ci il üçün “İslam dünyası Gənclik Paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirləri çərçivəsində 3 ay əvvəl sözügedən müsabiqəyə start verilib. İndiyədək Kambojadan tutmuş Komor adalarına qədər İran, İsveç, Hindistan, Çin, Braziliya, Fransa, Türkiyə, İspaniya, Litva, Fələstin kimi ölkələr daxil olmaqla 57 ölkədən müsabiqəyə 859 film göndərilib. Müsabiqəyə göndərilən filmlər qaçqınlar, zorakılıq və terrorizm, gəncliyin iştirakı, qloballaşma və etnik çağırışlar mövzularında olub. Finalçılar siyahısına düşmüş 12 film eyni zamanda Boğaziçi Film Festivalı çərçivəsində İstanbulda nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR