Göygöldə sükan arxasında ölən sürücünün kimliyi məlum olub - YENİLƏNİB - FOTO

Göygöldə sükan arxasında ölən sürücünün kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 27 noyabr 2015 18:15 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ölən sürücü Göygöl rayon sakini, 1949-cu il təvəllüdlü Tahir Vəliyevdir.

Məlumata görə T. Vəliyev Göygöl rayonu Üçtəpə kəndində idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən ürək tutması nəticəsində sükan arxasında ölüb və maşın yolun kənarında dayanan “VAZ 2107” markalı avtomobilə çırpılıb.

Faktla bağlı Göygöl rayon hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

18:17

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobil yol ilə hərəkətdə olarkən sürücü ürək tutmasından dünyasını dəyişib və avtomobil yolun kənarında olan divara çırpılıb. Kimliyi hələ ki, məlum olmayan sürücünü meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR