Abşeronda avtobus piyadanı vurub öldürüb

Abşeronda avtobus piyadanı vurub öldürüb
# 27 yanvar 2016 02:47 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, Nübar qəsəbəsində 110 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub. Hadisə yerinə təcili yardım çağırılıb. Ağır yaralı piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hazırda dünyasını dəyişən qadın piyadanın kimliyi polis əməkdaşları tərəfindən müəyyənləşdirilir. Hadisəni törədən 110 saylı marşrut avtobusunun sürücüsü polis tərəfindən saxlanılıb. O, ifadəsində yolun qaranlıq olması səbəbindən qarşısına çıxan piyadanı görmədiyini bildirib. Avtobus cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR