Goranboyda motosikletlə avtomobil toqquşub, xəsarət alanlar var

Goranboyda motosikletlə avtomobil toqquşub, xəsarət alanlar var
# 16 aprel 2016 14:34 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboyun Dəliməmmədli şəhərində iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Motosikletlə “VAZ 21011” markalı avtomobilin toqquşması nəticəsində motoskletin sürücüsü Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Cəfər Nəcəfov və sərnişin, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Natiq Qəribov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR