Staffan de Mistura Hələbdəki vəziyyətlə bağlı BMT TŞ-da çıxış edəcək

Staffan de Mistura Hələbdəki vəziyyətlə bağlı BMT TŞ-da çıxış edəcək
# 03 may 2016 01:56 (UTC +04:00)

Bakı-APA. BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura yaxın günlərdə Hələbdəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasında çıxış edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Misirin BMT-dəki daimi nümayəndəsi Əbdüllətif Əbulatta bəyan edib.

Məlum olduğu kimi, son günlər Hələbdə hökumət və müxalifət qüvvələri arasında şiddətli döyüşlər gedir.

Bununla belə Latakiya və Dəməşq ətrafında aprelin 30-dan etibarən “sükut rejimi” hökm sürür, hərbi əməliyyatlar və bütün növ silahlardan istifadəyə qadağa qoyulub. BMT baş katibi Pan Qi Mun “sükut rejimi”nin Suriyanın bütöv ərazisinə şamil edilməsinə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR