Azərbaycanda qadını şantaj etməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycanda qadını şantaj etməkdə şübhəli bilinən şəxs tutulub
# 10 noyabr 2015 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda qadını şantaj etməkdə şübhəli bilinən şəxs tutulub.

APA-nın DİN saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Abşeron rayon sakini A.İ-nı (qadın) rüsvay edəcəyi ilə hədələyib ondan 100 manat alarkən Ağstafa rayon sakini Roland Abdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR