“Nikoyl Bank” kollektivi donor aksiyası keçirib

“Nikoyl Bank” kollektivi donor aksiyası keçirib
# 01 iyun 2016 15:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bugün “Nikoyl Bank”ın baş ofisində 1 iyun - Beynəlxalq uşaqların müdafiəsi gününə həsr olunmuş ənənəvi xeyriyyə qanvermə aksiyası keçirilib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, İdarə Heyətinin sədri Vasiliy Xamaza başda olmaqla, aksiyada “Nikoyl Bank”ın həm baş ofisinin, həm də paytaxt filiallarının əməkdaşları iştirak ediblər.

Artıq 10 ildən çoxdur ki, “Nikoyl Bank” fəxri donor adını daşıyır və bankın kollektivi müntəzəm olaraq bu və ya digər qlobal hadisələrə həsr olunan qanvermə aksiyalarında iştirak edir. “Nikoyl Bank”ın qanvermə ənənəsi 2006 ildən etibarən yaranıb və bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində keçirilir.

“Nikoyl Bank” İKB ASC əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoyl Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR