Bakıda adam bıçaqlayan şəxs saxlanılıb

Bakıda adam bıçaqlayan şəxs saxlanılıb
# 10 sentyabr 2016 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində adam bıçaqlayan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 6-da Bakı şəhər sakini Sarvan Əliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş həmyerlisi, əvvəllər məhkum olunmuş İsmayıl Şıxəliyev tutulüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR