Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib

Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib
# 30 sentyabr 2016 15:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, iclasda kənd təsərrüfatı və qida sənayesi, tikinti, maliyyə və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 50-yə yaxın aparıcı şirkətlərin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev İşgüzar Şuranın iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb, Azərbaycan şirkətlərini Şuranın imkanlarından yararlanmaqla rusiyalı həmkarları ilə əməkdaşlığı genişləndirməyə çağırıb.

Şuranın sədri İsgəndər Xəlilov iki ölkə arasında investisiya fəallığının artırılması, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından qarşıda duran vəzifələrdən danışıb, sahibkarları Azərbaycan-Rusiya İşgüzar Şurası ilə fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə iş adamları arasında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR