Abşeronda ət mağazasında yanğın olub, xəsarət alan var

Abşeronda ət mağazasında yanğın olub, xəsarət alan var
# 08 aprel 2016 12:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda ət mağazası yanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 8-də saat 01 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ziya Nəsirzadəyə məxsus olan ət mağazasında yanğın baş verib. Nəticədə mağazanın yanar konstruksiyaları yanıb, Z.Nəsirzadənin qardaşı Yaqub əl nahiyəsindən xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR