Bakıda “Yapon filmləri həftəsi” keçiriləcək

Bakıda “Yapon filmləri həftəsi” keçiriləcək
# 18 fevral 2016 14:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda yapon mədəniyyətinin tanıdılması məqsədi ilə sabah saat 19:00-da Nizami Kino Mərkəzində “Yapon filmləri həftəsi”nin açılışı keçiriləcək.

Səfirlikdən APA-ya verilən məlumata görə, açılışda Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin çıxışı nəzərdə tutulub.

Səfirlikdən qeyd ediblər ki, adıçəkilən tədbir Yaponiya mədəniyyəti, yaponların düşüncə tərzini daha dərindən anlamaq üçün fürsət yaradacaq və iki millət arasında qarşılıqlı anlaşmanın qurulmasını təmin edəcək.

Diplomatik korpus tərəfindən təqdim edilən film həftəsində ilk dəfə olaraq filmlər Azərbaycan dili alt yazısı ilə təqdim olunacaq. “Yapon filmləri həftəsi” çərçivəsində tamaşaçılara aşağıda adları qeyd edilən 5 filmin nümayişi planlaşdırılır.

19 fevral: “Söz bağçası” (kinorejissor-Makato Şinkai, 2013 il, 46 dəqiqə)

20 fevral: “Kikinin çatdırılma xidməti” (kinorejissor Hayao Miyazaki, 1989 il, 103 dəqiqə)

21 fevral: “Nabinin sevgisi” (kinorejissor Yuci Nakae, 2009 il 105 dəqiqə)

22 fevral: “Yay gecəsində yuxu” (kinorejissor- Yuci Nakae 2009 il, 105 dəqiqə)

23 fevral: “Xoşbəxlik çörəyi” (kinorejissor-Yukiko Mişima 2012 il, 114 dəqiqə)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR