Georgi Kvirikaşvili: “Hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörməti bir daha qeyd etdik”

Georgi Kvirikaşvili: “Hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörməti bir daha qeyd etdik”
# 19 oktyabr 2015 12:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, xalqlar arasında əlaqələr yüksək qardaşlıq münasibətləri əsasında davam edir:

“Nazir Elmar Məmmədyarovla görüşdə ikitərəfli əlaqələrin ətraflı müzakirəsini apardıq. Görüşdə bir daha hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörməti qeyd etdik. Siyasi dialoqun davam etdirilməsi prosesinə və strateji əməkdaşlığa sadiqliyimizi bildirdik. İkitərəfli münasibətlərdə əsas sahələrdən biri kimi enerji sahəsində əməkdaşlığı qeyd etməliyik. Gürcüstan Azərbaycanın əsas enerji istehlakçılardan biridir. Biz dəhliz rolunu oynayırıq. Cənub Qaz Dəhlizinin inkişafı etdirilməsinə sadiqliyimizi bəyan etmişik. Nəqliyyat sahəsində əməkdaşlıqla nəqliyyat koridorunun daha nümunəvi işləməsi üçün səylərimizi əsirgəməyəcəyik. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafında maraqlıyıq. Hazırda iki ölkə arasında biznes üçün mühitin inkişafına çalışırıq. Çalışırıq ki, bu sahədə əlaqələrimizi genişləndirək. Çünki potensial tam istifadə olunmayıb”.

Qonaq Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirləri formatını yüksək qiymətləndirdiklərini söyləyib: “Bu, beynəlxalq əməkdaşlıqda mühüm mexanizmə çevrilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR