"FINCA Azerbaijan" yeni alternativ kreditvermə kanalını işə salıb

"FINCA Azerbaijan" yeni alternativ kreditvermə kanalını işə salıb
# 10 iyun 2016 08:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "FINCA Azerbaijan" Bank olmayan kredit təşkilatı müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif etməyə başlayıb.

Təşkilatdan "APA-Economics"ə verilən məlumata görə, plastik kartlar FINCARD adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kreditvermə kanalı sayılır. Hazırda kredit kartları sınaq layihə çərçivəsində təşkilatın bir neçə filialında həm yeni, həm də təkrar müştərilərə təklif olunur.

FINCARD içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul FINCA-nın kassalardan əlavə kredit çatdırılması kanallarının yaradılması istiqamətində mühüm addımlardan biridir. Müştərilər FINCARD ilə bank və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə nağdsız əməliyyatlar həyata keçirə bilərlər.

Artıq təşkilatın bir neçə müştərisi FINCARD əldə edərək yeni kreditvermə kanalından uğurla istifadə edib. "FINCA Azerbaijan"ın bu xidməti təşkilatın "Azərpoçt" və "MilliKart" ilə əməkdaşlığı çərçivəsində mümkün olub.

Təşkilatın www.finca.az internet ünvanına daxil olaraq FINCARD lokal ödəniş kartı ilə bağlı daha ətraflı məlumat əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR