Ağcabədidə 52 yaşlı qadın özünü yandırıb

Ağcabədidə 52 yaşlı qadın özünü yandırıb
# 02 fevral 2016 09:21 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı – APA. Ağcabədi rayon sakini intihara cəhd edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb. Şəhər sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı özünü yandırıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi məlum olub.

Qadının vəziyyətinin ağır olduğu, müalicə üçün Bakıya göndərildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR