Roman Qriqorçuk: "Oyunun gedişatı göstərdi ki, biz qalib gələ bilərdik"

Roman Qriqorçuk: "Oyunun gedişatı göstərdi ki, biz qalib gələ bilərdik"
# 01 oktyabr 2015 23:43 (UTC +04:00)

Bakı-APA. “Rəqibi təbrik edirəm. Nəticədən narazıyam”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasında mübarizə aparan “qırmızı-qaralar” qrup mərhələsinin ikinci turu çərçivəsində bu gün “Krasnodar”la qarşılaşıb və meydançadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Matçdan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis bunları deyib: “Güclü rəqiblə yaxşı mübarizə apardıq. Bu bizim üçün test əhəmiyyətli matç oldu. Səhvlərimizdən nəticə çıxarmağa çalışacağıq”.

- “Qəbələ” ikinci hissəyə yaxşı başladı. Soyunub-geyinmə otağında futbolçulara nə dediniz?

- İlk hissədə nələrdə geri qaldığımızı gördük. Hücumu başlamaqla bağlı problemi həll etmək üçün əvəzləmə etdim. Bu da öz bəhrəsini verdi. Rəqib də dəyişikliklərdən sonra sürətli əks-hücumlara çıxdı. Son dəqiqələrdə də bunun bəhrəsini gördülər.

- Hesab 1:1 olarkən niyə hesabı qorumağa çalışmadınız?

- Oyunun gedişatı göstərdi ki, biz qalib gələ bilərdik. Buna görə də qalib gəlməyə çalışdıq. Dəyişiklikdən sonra rəqibin oyunçusu ustalıqla oynadı və qolunu vurdu. Hücumçuya qarşı 5 müdafiəçi də oynatsan, ustalığı varsa, onları keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR