Maykl Blumberq prezident seçkilərində iştirak etməkdən imtina edib

Maykl Blumberq prezident seçkilərində iştirak etməkdən imtina edib
# 07 mart 2016 23:40 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkun sabiq meri Maykl Blumberq ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib

APA-nın məlumatına görə, bu barədə BloombergView saytı xəbər verib.

Həmçinin M.Blumberq hələ ki prezident postuna iddiaçılardan hər hansını dəstəkləməyə hazır olmadığını qeyd edib.

Bir ay əvvəl milyardçı M. Blumberq ABŞ-da prezident seçkilərində iştirak edəcəyini istisna etmədiyini, namizədlərin bəyanatlarını, ştatlarda ilkin səsvermələrin nəticələrini diqqətlə izləyəcəyini bildirmişdi. Ekspertlər M. Blumberqin prezidentlik uğrunda mübarizəyə qatılmasını seçkiqabağı kampaniyaya əhəmiyyətli dərəcədə təsir edəcəyini bildirirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR