Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində “1 litr işıq” layihəsi həyata keçirilib

Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində “1 litr işıq” layihəsi həyata keçirilib
# 30 yanvar 2016 14:08 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində “1 litr işıq” layihəsi həyata keçirilib.

APA-nın məlumatına görə, layihənin məqsədi kənd təsərrüfatı sahəsində, fermalarda və ucqar kəndlərdə aztəminatlı ailələri daimi alternativ işıq mənbələri ilə təmin etməkdir.

Layihənin təqdimatı YAP Masallı Rayon Təşkilatının inzibatı binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Gənclərin Töhfəsi" İctimai Birliyinin, YAP Masallı Rayon Təşkilatının, Masallı Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə keçirilib.

Tədbirdə giriş sözü çıxış edən layihənin rəhbəri Rəşid Paşalı qeyd edib ki, hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə alterativ enerji mənbələrindən istifadəyə böyük önəm verilir: “Ölkəmizdə bu istiqamətdə dövlət proqramı mövcuddur və kifayət qədər iş görülür. Bizim layihənin də bu baxımdan böyük əhəmiyyəti var”.

Daha sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Məhəmmədəli Nuriyev bildirib ki, ölkə gənclərinin innovativ layihələr irəli sürməsi və ölkəmizin inkişafına öz töhfələrini verməsi sevindirici haldır: “Bu da qeyri-neft sektorunun inkişafına dəstəkdir”.

Tədbirdə çıxış edənlər qarşıdan 2 Fevral - Gənclər gününün gəldiyini qeyd edib, ölkədə uğurlu həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərə öz ideyalarını, təşəbbüslərini reallaşdırma üçün dövlət tərəfindən lazımı şərait yaradılıb. 2011-ci ildə təsis edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrinin bunun bariz nümunəsi olduğu bildirilib.

Layihə beynəlxalq təcrübəli təlimçi Qəzənfər Həsənzadənin təlimi ilə davam edib.

Sonda layihə iştirakçılarına sertifikatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR