Baş Konsulluq: Qorqud Dadaşzadənin meyiti yaxın vaxtlarda Azərbaycana yola salınacaq - YENİLƏNİB-1

Baş Konsulluq: Qorqud Dadaşzadənin meyiti yaxın vaxtlarda Azərbaycana yola salınacaq - <span style="color: red;">YENİLƏNİB-1
# 24 yanvar 2016 08:35 (UTC +04:00)

Bakı - APA. “Baş Konsulluğun Təbriz Tibb Universiteti və digər orqanlarla apardığı danışıqlar və xahişi əsasında xəstəxana xərclərində güzəştlər və endirimlər olunub”.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğundan bildirib.

Baş Konsulluğun məlumatında qeyd olunub ki, uşağın meyiti valideynlərinə verilib, hazırda müvafiq sənədləşmə prosedurlarının yekunlaşdırılması, körpənin cənazəsinin Azərbaycana yola salınması istiqamətində işlər aparılır.

Yaxın vaxtlarda cənazə Azərbaycana yola salınacaq.

***

saat 11.20

Bakı. Fərid Mirzəyev - APA. İran İslam Respublikasının Təbriz şəhərinin “Kudəkan” xəstəxanasında vəfat edən Dadaşzadə Qorqud Rövşən oğlunun meyiti bu gün səhər saatlarında ailəsinə verilib.

Mərhumun əmisi Şəhriyar Dadaşov APA-ya bildirib ki, adının açıqlanmasını istəməyən Azərbaycan vətəndaşı xəstəxanaya olan borcun yarısını ödəyib.

Onun sözlərinə görə, borcun qalan hissəsini isə xəstəxana güzəşt edib: “Meyitin “morq”da saxlanılması ilə əlaqədar 4000 manat borc yaranmışdı. Hazırda meyitin Azərbaycana gətirilməsi üçün sənədləşdirmə işləri aparılır”.

Ş. Dadaşov bu məsələnin həllini tapmasında yardımçı olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2015-ci il aprelin 24-də Cəlilabad rayonunda anadan olan Dadaşzadə Qorqud Rövşən oğlu Təbriz şəhərində "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində bu il yanvarın 20-də dünyasını dəyişib.

Həkimlər 3200 manat borcu əsas gətirib, uşağın meyitini verməkdən imtina edirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR