Zaqatalada ev yanıb

Zaqatalada ev yanıb
# 28 dekabr 2015 11:27 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 11:45 radələrində rayonun Faldar kəndində, kənd sakini Xanım Qasım qızı İsayevaya məxsus, ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli, 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyalarının çox hissəsi yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR