"Bolkart" sahibləri üçün bayram kampaniyası keçirilir

"Bolkart" sahibləri üçün bayram kampaniyası keçirilir
# 16 mart 2016 11:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank of Baku” Novruz bayramı ərəfəsində müştərilərinə müjdə dolu yeni kampaniyalara start verir. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bankın “Bolkart” sahibi olan yüz minlərlə müştərisi bu Novruz bayram alış-verişindən xüsusi zövq alacaqlar.

Belə ki, martın 19-22-ni əhatə edən ilk kampaniya çərçivəsində, bayram alış-verişini “Bolkart”la edənlər, ödənişlərini 1 aya deyil, 2 ay sonra etmək imkanı əldə edəcəklər. “Martda al, Apreldə deyil, Mayda ödə” şüarı altında keçirilən bu kampaniya bütün “Bolkart” müştərilərinə şamil olunur. Kampaniya “Bolkart” partnyor şəbəkəsinə daxil olan bütün market və supermarketlərdə keçərlidir.

Paralel olaraq, yuxarıda qeyd olunan tarixlərdə icra olunacaq ikinci kampaniya vasitəsilə, alış-verişin döyünən ürəyi “Bolkart”, sahiblərinə bayram alış-verişlərini daha sərfəli şərtlərlə etmək imkanı yaradacaq. “Bolkart” şəbəkəsinə daxil olan istənilən “3 və 6 aya ödə” partnyor mağazada alış-veriş edən kart sahibləri əlavə olaraq 1 aylıq ödəmə imkanı qazanacaqlar. Bir sözlə, 3 aylıq ödənişi 4 aya, 6 aylıq ödənişi isə hissə-hissə bölüb 7 ayadək müddətə həyata keçirə biləcəklər.

“Bolkart” şəbəkəsinə daxil olan partnyor mağazalar və onların qazandırdıqları bonuslar haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

145 Məlumat mərkəzi

www.bolkart.az

www.facebook.com/bolkart

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR