Şəkidə 6 otaqlı ev yanıb

Şəkidə 6 otaqlı ev yanıb
# 20 aprel 2016 23:32 (UTC +04:00)

Bakı-APA. Şəkidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 244 kv.m olan birmərtəbəli 6 otaqdan ibarət kürsülü evin dam örtüyünün yanar konstruksiyaları və 3 otağın tavanı 120 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR