Bakı. Hafiz Heydərov – APA. Bakıda fəhlə faciəli şəkildə ölüb.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 17-də Nərimanov rayonunun M.Əlizadə küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən 9 mərtəbəli binada fəhlə işləyən Füzuli rayon sakini Malik Nəcəfov 6-cı mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.