ABŞ-ın vitse prezidenti Türkiyənin PPK ilə mübarizəsini dəstəkləyib

ABŞ-ın vitse prezidenti Türkiyənin PPK ilə mübarizəsini dəstəkləyib
# 23 yanvar 2016 18:19 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın vitse prezidenti Cozef Bayden Ankaranın PPK terror təşkilatı ilə mübarizəsini dəstəkləyib. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə C.Bayden Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Türkiyənin qarşılaşdığı təhlükələr tək İŞİD-lə bağlı deyil, terror təşkilatı olan PKK da çox təhlükəli qruplaşmalardan biridir. Sizin hökumət sülhə nail olmağa cəhd edib, lakin bu nəticə verməyib və sizin başqa seçiminiz qalmayıb. Lakin siz siyasi problemin nizamlanması üçün siyasi iradə nümayiş etdirməlisiniz və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əlinizdən gələni etməliniz”, deyə Bayden bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR