Quba. Vəli Turan – APA. Quba rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, “Daewoo” markalı avtomobil yolu keçmək istəyən Türkiyə vətəndaşını vurub. Müxtəlif bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü Cuma Kaykan Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı Quba rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.