“Sirab” su zavodunda ölüm hadisəsi baş verib

“Sirab” su zavodunda ölüm hadisəsi baş verib
# 01 iyun 2016 12:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda zavodda bədbəxt hadisə baş verib.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə H. Əliyev prospekti 106 ünvanında yerləşən “Sirab” su zavodunda qeydə alınıb. Orada sürücü işləyən, Babək rayon sakini, 1967-ci il təvəllüdlü Adil Mehrac oğlu Əbiyev zavodun həyətində yerləşən su hovuzuna düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR