Dövlət Əmək Müfəttişliyi “Nokia Solutions and Networks Baku”-nun direktorunu məhkəməyə verib

Dövlət Əmək Müfəttişliyi “Nokia Solutions and Networks Baku”-nun direktorunu məhkəməyə verib
# 09 fevral 2016 07:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Dövlət Əmək Müfəttişliyi “Nokia Solutions and Networks Baku” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunu məhkəməyə verib.

APA-nın məlumatına görə, müfəttişlik şirkətin direktoru Çili Mehmet Ozanın barəsində İnzibati Xətalar Məcəlləsinin 54.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib. Lakin Çili Mehmet Ozan həmin qərarın müddətinin keçdiyini əsas gətirərək qərara xitam verilməsini istəyib. O, bununla bağlı Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını təmin edib. Qərarla razılaşmayan müfəttişlik isə apellyasiya şikayəti verib.

Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR