AXCP sədrinin köməkçisinə qarşı Fətullah Gülənin tərəfdarları ilə bağlı başlanılan cinayət işi üzrə ittiham irəli sürülüb - YENİLƏNİB

AXCP sədrinin köməkçisinə qarşı Fətullah Gülənin tərəfdarları ilə bağlı başlanılan cinayət işi üzrə ittiham irəli sürülüb - <span style="color: red;">YENİLƏNİB
# 20 avqust 2016 16:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov şübhəli şəxs qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkil Aqil Layicov söyləyib.

A. Layıcov F. Əmirovun avtomobilindən Fətullah Gülənə məxsus kitab və disklər aşkarlanaraq götürüldüyündən şübhəli şəxs qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb bildirib: “Faiq Əmirova qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə ittiham irəli sürülüb”.

Qeyd edək ki, bu gün F. Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib, şahid qismində dindirilib.

**** 12.49

Bakı. Şəhriyar Əlizadə - APA. AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə şahid qismində dindirilir.

APA-nın əldə etdiyi məlumata görə, F. Əmirov həmin cinayət işinin araşdırıldığı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. Hazırda onun ifadəsi alınır.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılması barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR