Göygöldə yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb

Göygöldə yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb
# 17 mart 2016 04:39 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə rayonunda yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Göygöl şəhəri Nəriman Nərimanov küçəsi ev 15-də qeydə alınıb.

Bu ünvanda yaşayan 1977-ci il təvəllüdlü Fazil Məmmədov yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış olub və o müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

F. Məmmədov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR