Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
# 23 fevral 2016 10:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də saat 20 radələrində Bərdə şəhərində rayon sakini Fəqan Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Asif Hüseynovu vurub. A.Hüseynov xəstəxanaya yerləşdirilib və fevralın 22-də orada ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR