Bakı. Cavid Zeynallı – APA. Bakı Məlumat Reklam Müəssisəsinin direktoru Seymur Vəliyev vəzifəsindən azad olunub.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, müəssisə direktoru işdə buraxdığı nöqsanlara görə vəfəsindən azad olunub.
İdarədən bildiriblər ki, tabelikdə olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri davam edir.