Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dekabrın 5-də "Space" TV-də canlı yayımlanan "5/36" və "6/40" lotereyalarında iki "Cek Pot" udulub.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Belə ki, iştirakçılardan biri "5/36" lotereyasında 65 490 manata, digər bir lotereya həvəskarı isə "6/40" lotereyasında 42433 manat məbləğində "Cek Pot"a sahib olub.