“Neftçi” Əsgər Abdullayevi postunda saxlayıb

“Neftçi” Əsgər Abdullayevi postunda saxlayıb
# 23 dekabr 2015 21:49 (UTC +04:00)

Bakı-APA. “Neftçi”nin baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Apasport.az –ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün toplanan Müşahidə Şurasının qərarına əsasən hazırkı çalışdırıcı Əsgər Abdullayev işini davam etdirəcək.

Qeyd edək ki, təcrübəli mütəxəssisə Samir Əliyevin istefasından sonra ilk yarının sonuna qədər komandanı çalışdırmaq həvalə olunmuşdu.

Müşahidə Şurası əlavə olaraq klubun maddi xərclərinin mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırılmasına da qərar verib. Bu barədə İcraçı direktor Elnur Məmmədova müvafiq tapşırıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR