Bakı sakininin həyətində narkotik plantasiyası aşkarlanıb

Bakı sakininin həyətində narkotik plantasiyası aşkarlanıb
# 13 may 2016 14:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik plantasiyası aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Baş İdarənin Narkotiklərlə Mübarizə İdarəsinin Suraxanı Rayon Polis İdarəsi ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbə sakini Məmməd Məmmədovun həyətindən 2315 ədəd çətənə kolu, yaşadığı evdən isə 215 ədəd kibrit qutusunda qablaşdırılmış çəkisi yarım kiloqram olan marixuana və əlavə olaraq 2 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR