Bakıda kütləvi dava olub, 3 polis əməkdaşı xəsarət alıb

Bakıda kütləvi dava olub, 3 polis əməkdaşı xəsarət alıb
# 02 fevral 2016 08:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda kütləvi dava olub.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 1-dən 2-ə keçən gecə rayon ərazisində fəaliyyət göstərən “Emin” kafesində qeydə alınıb.

Beyləqan rayon sakinləri – Dəyanət Muradov, İlham Məmmədov və Fariz Məlikov sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə polis çağırılıb. Sərxoş şəxslər əraziyə gələn polis əməkdaşları - polis kapitanı Ağaəli Əkbər oğlu Ələkbərova, polis serjantları Elnur Elman oğlu Şərifov və Bəxtiyar Şahlar oğlu Abbasova xəsarət yetiriblər. Hadisəni törədən şəxslər tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR