Müəllimlər üçün əlavə yerləşdirmənin nəticələri açıqlanıb

Müəllimlər üçün əlavə yerləşdirmənin nəticələri açıqlanıb
# 08 sentyabr 2016 09:21 (UTC +04:00)


Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda müəllimlər üçün əlavə yerləşdirmənin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 3-5 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb.

4432 nəfər namizəd şəxsi səhifələrinə daxil olmaqla, təklif olunan vakant yerləri seçib və ərizələrini təsdiq edib. Ərizələrini təsdiq edən namizədlərdən 773 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçmək hüququ qazanıb.

Yerləşdirmənin nəticəsi, müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə gələrkən namizədlərdən şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və onun əlavəsini gətirmək tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR