Abşeronda 23 yaşlı oğlan sevgilisini bıçaqlayıb

Abşeronda 23 yaşlı oğlan sevgilisini bıçaqlayıb
# 29 yanvar 2016 08:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şamil Məhərli qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Aysel Fətəliyevanı bıçaqlayıb. A. Fətəliyeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Ş. Məhərli tutulub, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR