Poroşenko Savçenkoya məktub yazaraq onu yeni hökumətdə görmək istədiyini bildirib

Poroşenko Savçenkoya məktub yazaraq onu yeni hökumətdə görmək istədiyini bildirib
# 10 mart 2016 11:25 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə saxlanılan pilot, Ukrayna qəhrəmanı, millət vəkili Nadejda Savçenkoya məktub göndərib.

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, məktubun mətni N. Savçenkonun vəkili Mark Feyqin tərəfindən açıqlanıb. P. Poroşenko bildirib ki, yaxın vaxtlarda bu məsələ Nadejda Savçenkonun xeyrinə həll olunacaq: “İnanın ki, biz artıq sivil dünyanın bir çox liderləri ilə danışıqlar aparmışıq və yaxın vaxtlarda məsələ həqiqətin xeyrinə həll olunacaq. Biz bütün dünyaya bu situasiyanın absurdluğunu anlatmışıq. Siz Rusiya məhkəməsində son söz deyərkən biz bir daha əmin olduq ki, insanlarımız nəyin naminə küçələrə çıxaraq alçaqlığı devirib”.

P. Poroşenko N. Savçenkonu yenilənmiş hökumətdə görmək arzusunu da ifadə edib və onu aclığı dayandırmağa çağırıb.

Qeyd edək ki, N. Savçenko bu gün quru aclığı dayandırdığını açıqlayıb və su içəcəyini bildirib. Onun qərarına prezidentin məktubu da təsir göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR