Akademik Milli Dram Teatrında Səyavuş Aslanın xatirə gecəsi keçiriləcək

Akademik Milli Dram Teatrında Səyavuş Aslanın xatirə gecəsi keçiriləcək
# 20 noyabr 2015 14:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Noyabrın 25-də Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş tutacaq.

Tədbirdə Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri Azərpaşa Nemət, xalq artistləri Hacı İsmayılov, Bəsti Cəfərova, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S. Aslanın kino və teatr fəaliyyətindən danışacaq, xatirələrini bölüşəcəklər.

Yubiley mərasimində S. Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunacaq.

Yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, S. Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR