Almaniya XİN-i: Suriyada 18 ay ərzində seçkilərin keçirilməsinə dair qərar verilib

Almaniya XİN-i: Suriyada 18 ay ərzində seçkilərin keçirilməsinə dair qərar verilib
# 14 noyabr 2015 19:36 (UTC +04:00)

Bakı-APA. Vyanada keçirilmiş çoxtərəfli görüşün yekunlarına görə Suriyada 18 ay ərzində seçkilərin keçirilməsinə dair qərar verilib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN rəhbəri Frank Valter Ştanmayer bildirib. Onun sözlərinə görə, iştirakçı ölkələr ölkədəki müxalifət qüvvələri ilə dərhal danışıqlara başlanmağa qərar veriblər.

Ştanmayer qeyd edib ki, iştirakçı ölkələr Suriyada 18 ay ərzində seçkilərin keçirilməsini arzulayırlar: “Hamı bu məsələnin çox mürəkkəb olduğunu anlayır”.

Aİ diplomatiya rəhbəri Federika Moqerini Vyanada Suriyaya dair danışıqların səmərəli başlanğıc adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR