Dostunu qətlə yetirən şəxsə hökm oxunub

Dostunu qətlə yetirən şəxsə hökm oxunub
# 22 dekabr 2015 13:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə X. Şabanzadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyul ayında Hövsan qəsəbəsində Ağayev Əyyar Qubad oğlu qətlə yetirilib. Hadisəni onun dostu X. Şabanzadənin törətməsi müəyyənləşib və o, saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR