"Toyota Bakı Mərkəzi" qiymətləri artırıb

"Toyota Bakı Mərkəzi" qiymətləri artırıb
# 23 fevral 2016 08:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Toyota" şirkətinin Azərbaycandakı rəsmi dilleri olan "Toyota Bakı Mərkəzi" qiymətləri artırıb.


"APA-Economics" xəbər verir ki, modellərdən asılı olaraq "Toyota"ların yeni və köhnə qiymətləri arasında 600-3000 manat arasında fərq yaranıb.

Köhnə və yeni qiymətlər aşağıdakı cədvəldə detallı şəkildə öz əksini tapıb:

Qiymətlər

Corolla

Camry

Rav4

Land Cruiser

Land Cruiser 200

Köhnə

24 800

50 800

40 700

59 100

137 000

Yeni

25 400

52 000

41 700

60 500

140 000

"Toyota Bakı Mərkəzi"nin baş direktoru Mustafa Abbasbəyli "APA-Economics"ə bildirib ki, qiymət artımı manatın məzənnəsinin dəyişməsi ilə əlaqədardır: "Çünki bizim avtomobillər idxal olunur. Azərbaycan manatının xarici valyutalara, xüsusilə dollara qarşı məzənnəsi dəyişdikdə, idxal olunan məhsulun maya dəyəri artır. Buna görə, istehsalçı şirkət tərəfindən qiymət qaldırılıb. Qiymətlər Azərbaycan tərəfindən tənzimlənmir, distributor tərəfindən tənzimlənir. Dekabrın 21-də baş verən manatın devalvasiyasına qədər alınan avtomobillərin satış qiymətində artım olmayıb. Bizdə "stock"da, anbarda modellər olduğundan onlar köhnə qiymətlə satılıb. Yeni gətirilən modellər yeni qiymətlərlə təklif olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR