Qonşusunu qətlə yetirən şəxsin apellasiya şikayətinə baxılıb

Qonşusunu qətlə yetirən şəxsin apellasiya şikayətinə baxılıb
# 30 sentyabr 2016 07:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.


APA-nın xəbərinə görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, ötən ilin dekabrında Kamran Bağırov qonşusu Cümşüd Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalaraq, apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR