Ağstafada alışqan partlayıb, xəsarət alan var

Ağstafada alışqan partlayıb, xəsarət alan var
# 25 fevral 2016 12:07 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli - APA. Ağstafa rayon sakini siqaret yandırmaq istəyərkən alışqan partlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağstafa şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin İsmayılov hər iki əlin və üz nahiyəsinin termiki yanığı xəsarəti ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Məlumata görə E. İsmayılov yaşadığı evin ayaqyolunda siqaret yandırmaq istəyərkən anidən alışqan əlində partlayıb və yanıq xəsarəti alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR