Azərbaycan prezidentinin köməkçisi Amerika Ticarət Palatasının üzvləri ilə görüşür

Azərbaycan prezidentinin köməkçisi Amerika Ticarət Palatasının üzvləri ilə görüşür
# 11 mart 2016 07:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") dəstəyi" mövzusunda konfrans keçirilir.


"APA-Economics"in məlumatına görə, konfransda bank və maliyyə, əmək və miqrasiya, vergi və gömrük, turizm, ədliyyə sistemi məsələləri müzakirə ediləcək.

Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib ki, son 12 ildə aparılan iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib: "Bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, regionların inkişafı sürətlənib. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçün 2004-2013-cü illər ərzində iki 5 illik dövlət proqramı həyata keçirilib. Proqramların həyata keçirildiyi 10 il ərzində ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 min daimi olmaqla 1,2 milyondan çox iş yeri yaradılıb, 55,6 min yeni müəssisə yaradılıb, işsizlik 5%-ə, yoxsulluq 5,3%-ə qədər azalıb".

"AmCham-Azerbaijan"ın prezidenti İlqar Vəliyev qeyd edib ki, Azərbaycanda çox mühüm iqtisadi islahatlar aparılır: "Bizim Palataya üzv olan 280-ə yaxın şirkət bu islahatları maraqla izləyir. Bu baxımdan bu görüş rəsmi yox, daha çox rəsmi xarakter daşıyır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR