Şabranda 16 yaşlı qız dəm qazından zəhərlənib

Şabranda 16 yaşlı qız dəm qazından zəhərlənib
# 08 sentyabr 2016 08:11 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bu gün səhər saatlarında Şabran rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran şəhər sakini, 2000-ci il təvəllüdlü Qəhrəmanova Xoşqədəm Elxan qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Qəhrəmanovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR