"Unibank" Yeni il endirimi kampaniyasına başlayıb

"Unibank" Yeni il endirimi kampaniyasına başlayıb
# 15 dekabr 2015 13:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Unibank” Yeni il endirimi kampaniyasına başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, dekabrın 31-dək “Unibank” filiallarına müraciət edən ölkə vətəndaşları nağd kreditin illik faiz dərəcəsinə 2% endirim əldə edəcəklər. Hazırda bankda 10 000 manatadək nağd manat kreditləri 36 ayadək müddətə verilir.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR