Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb

Sumqayıtda  27 yaşlı oğlan dənizdə batıb
# 26 iyun 2016 19:20 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.


APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1989-ci il təvəllüdlü, Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Əməliyyat saat 20:05-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR