Bakıda gənc və yeniyetmələrdən ibarət soyğunçu dəstənin üzvləri saxlanılıb

Bakıda gənc və yeniyetmələrdən ibarət soyğunçu dəstənin üzvləri saxlanılıb
# 15 sentyabr 2015 08:43 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi, Post Patrul Xidməti Bölüyü və Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 14-də 20 Yanvar küçəsində Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Sənan Məmmədovu döyərək, 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Asdan Nəriman oğlu Kərimov, Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Şahin Rahib oğlu Muradov, 2000-ci il təvəllüdlü Ağsu rayon sakini Tacir Şahin oğlu Rəhimov və Bakı şəhər sakini Rəqsanə Elşən qızı Quliyeva müəyyən olunaraq tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR