Nazir müavini “YUĞ” və Kukla teatrlarının kollektivi ilə görüşüb

Nazir müavini “YUĞ” və Kukla teatrlarının kollektivi ilə görüşüb
# 04 fevral 2016 08:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “YUĞ” Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.

APA-nın məlumatına görə, toplantıda bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpağın və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən M. A. Əliyev küçəsi və M. F. Axundov döngəsi boyunca yolun tikintisi işlərinə başlanılıb. Azərbaycan Dövlət “YUĞ” Teatrının binası yol qovşağının ərazisinə daxil olduğu üçün sökülən binaların siyahısına salınıb. Bununla bağlı teatrın kollektivi 2016-cı il fevral ayının 1-dən Azərbaycan Dövlət Kukla Teatrının binasında yerləşdirilib. Kukla Teatrının rəhbərliyi “YUĞ” Teatrının peşəkar səviyyədə tam qüvvəsi ilə fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıb. Tamaşalar Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaq.

Toplantı zamanı nazir müavini Ə.Vəliyev yaradıcı heyətin teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı narahat edən və gündəmdə olan suallarına cavab verib. Görüş zamanı tamaşaların hazırlanması və istismarı prosesində ortaya çıxacaq bütün məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR